Xəbər lenti

Günəş Rəsədxanasında sirli evakuasiya
Dünya07:54 16.09.2018

Günəş Rəsədxanasında sirli evakuasiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Sakramento zirvəsində yerləşən Milli Günəş Rəsədxanası təhlükəsizlik səbəbilə fəaliyyətini dayandırıb.
Qaynarinfo Space.com-a istinadən xəbər verir ki, 6 sentyabrda evakuasiya edilən ərazi Federal Tədqiqatlar Bürosu tərəfindən hələ də araşdırılır. Astronomiya Tədqiqatları üçün Universitetlər Assosiasiyası (AURA) məsələ ilə bağlı açıqlamasında evakuasiyanın təhlükəsizliklə əlaqədar olduğunu və müvəqqəti olaraq bağlandığını bildirib, lakin addım barədə əlavə detallar verməyib. 
Məsələ ilə bağlı informasiyanın verilməməsi bir çox fərziyyələrin yaranmasına səbəb olub. Şayiələrdən diqqət çəkəni Günəşdə müşahidə ediləcək dəhşətli qasırğa barədə informasiyanın yayılması və narahatlığın qarşısını almaqdır. 
Gülşən