"Günəş şüaları altında uzun müddət qalmaq dəri xərçəngi yarada bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, günəş şüaları altında uzun müddət qalmaq məqsədəuyğun deyil:
"Günəş vannası qəbul edərkən dərini qoruyan kremlərdən istifadə olunmalıdır. Həmin kremlər həm dərini qoruyur, həm də qaraldır. Əks halda günəş şüalarının təsirindən dəridə yanıqlar baş verə bilər. Bu yanıqlar böyük sahəni əhatə edərsə həyat üçün təhlükəli də ola bilər. Bəzi insanlar bu hallara diqət eləmirlər, günəş altında yatırlar, nəticədə onlar ciddi zədələr alırlar. Nəzərə almaq lazımdır ki, dəridə olan xallar, müxtəlif törəmələr günəş şüaları altında bəd xasəli şişə çevrilə bilir”.
Adil Qeybulla tövsiyyə edib ki, günəş vannalarını təlimata uyğun istifadə etmək lazımdır: "Dənizdə günəş vannası qəbul edərkən saat diqqət etnək gərəkdir. Saat 12-16:00 arasında dəniz vannası qəbul etmək olmaz. Bu vaxt günvurma halları ola bilər. Ulturabönəvşəyi şüalaraın da neqativ təsirləri qalır. Ona görə də yaxşı olar ki, insanlar ya səhər saatlarında, ya da saat 17:00-dan sonra dənizə getsinlər”.
Bahar Rüstəmli