Xəbər lenti

Günəş tutulması ABŞ-a milyon dollarlara başa gələcək
Dünya14:07 19.08.2017

Günəş tutulması ABŞ-a milyon dollarlara başa gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bazar ertəsi günü planlaşdırılan günəş tutulması ABŞ iqtisadiyyatına 694 milyon dollar zərər verəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, son 100 ildə ilk dəfə müşahidə ediləcək tam günəş tutulması zamanı ölkədəki 123 milyon işçi qüvvəsindən 87 milyonu işdə olacaq və prosesi izləmək üçün 20 dəqiqələrini ayıracaqlar. Saatlıq orta ödənişin 23,86 dollar olduğu ölkədə 20 dəqiqə itki ilə işçi başına 7,95 dollar zərər təxmin edilir və bu ölkə iqtisadiyyatına dəyəcək 694 milyon dollar zərər deməkdir.

Qeyd edək ki, NBA basketbol çempionatının əsas oyunları keçirilən günlər ölkə iqtisadiyyatı təxminən 2 milyard dollar zərər görür. Belə günlərdə əksər müəssisələr işçilərə 1 günlük istirahət verir.

Gülşən

Qaynarinfo.Az