Xəbər lenti

Günəşdə unikal plazma sunamisi aşkar edildi
Dünya 22:30 24.05.2024

Günəşdə unikal plazma sunamisi aşkar edildi

Siçuan Normal Universitetinin (Çin) astronomları günəşdə alovlanma nəticəsində əmələ gələn və tac mühitindəki bir dəlikdən fokuslanan unikal plazma sunamisini kəşf ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nature Communication" (NatCom) elmi jurnalında dərc olunan məqalədə bildirilir.

Alimlər izah edib ki, maqnitohidrodinamik dalğalar günəş tacında (Günəş atmosferinin xarici ən isti və nadir hissəsi) yaranır, bu dalğalar plazmanı qızdırır, günəş küləyini sürətləndirir və güclü alovlar yaradır.

NASA-nın Günəş Dinamikası Rəsədxanasının 2011-ci ildə günəş partlayışı ilə bağlı məlumatlarını təhlil edən tədqiqatçılar bunun güclü dalğalara səbəb olduğunu aşkar ediblər. Bu dalğalar Günəşin səthi boyunca keçərək qövsvari cəbhə əmələ gətiririb. Onlar tac dəliyindən - Günəş tacında nisbətən soyuq və daha az sıx plazmanın olduğu bölgədən - Günəş ekvatoruna nisbətən aşağı enlikdə saniyədə təxminən 350 kilometr sürətlə daxil olublar.

Tac dəliyinin uzaq kənarından keçərkən əvvəlcə qövsvari dalğa cəbhəsi əyriliyini dəyişərək yəhər formasına çevrilib. Sonra dalğalar bir nöqtədə birləşib. Bu vəziyyətdə, tac dəliyi, quruluşuna görə, plazma sunamisini fokuslamaq üçün bir növ maqnitohidrodinamik lens rolunu oynayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->