Xəbər lenti

Güney Azərbaycan şəhərlərində Zəfər bayramı aksiyası (FOTO)
Dünya10:48 09.11.2021

Güney Azərbaycan şəhərlərində Zəfər bayramı aksiyası (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın işğalçı Ermənistan üzərində möhtəşəm zəfəri Güney Azərbaycanda da qeyd olunub.
Qaynarinfo "GünAz TV"-yə istinadla xəbər verir ki, Güney Azərbaycanın Təbriz, Urmu, Zəngan və Ərdəbil şəhərlərində Zəfər günü münasibətilə müxtəlif aksiyalar keçirilib. 
Bu münasibətilə Azərbaycan Respublikasının bayraqları qaldırılıb.
Adıçəkilən şəhərlərin bir sıra küçə və parklarında Azərbaycan Respublikasının bayrağının asılması əhalinin diqqətini cəlb edib.
Qeyd edək ki, noyabrın 8-də Güney Azərbaycanın bir çox şəhərlərində Azərbaycan Respublikasına dəstək məqsədilə gecə bülletenləri yayılıb. Bülletenlərdə xalqımızın Zəfər günü ilə bağlı təbriklər və milli şüarlar yazılıb.
"Güney Azərbaycan türkləri olaraq Vətənin səsinə səs verməyi və Zəfər gününü əziz tutmağı milli borcumuz kimi qəbul edirik. Göstərməliyik ki, biz Azərbaycanın özüyük”- gecə bülletenlərində belə qeyd edilib.