Sağlamlıq 17:48 02.02.2023

Günün yoluxma statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 41nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
 
Son sutkada 193 nəfər vaksinasiya olunub.

Gün ərzində birinci doza vaksinlərin sayı 63, ikinci doza vaksinlərin sayı 35 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 86-dır. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 9 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 943 049 olub.