Xəbər lenti

“Gürcü arzusu” çin oldu - FOTOLAR
Dünya19:45 27.10.2013

“Gürcü arzusu” çin oldu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəsmi nəticələrin açıqlanmasını gözləmədən artıq “Gürcü arzusu” partiyasının qərargahında qələbə bayramı qeyd edilir 

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, exir-pollsun nəticələrinə görə “Gürcü arzusu” koalisiyasının təmsilçisi Georgi Marqvelaşvili seçicilərin 65 faiz səsini toplayaraq böyük fərqlə qalib gəlib. 

İkinci yerdə 16 faiz səslə Mixail Saakaşvilinin partiyasından olan David Bakradze, üçüncü yerdə isə parlamentin eks-spikeri olmuş Nino Burdjanadze 10 faiz səslə qərarlaşıb. Son sözü isə yaxın vaxtlarda ilkin nəticələri açıqlayacaq MSK deyəcək. 

Marqvelaşvili qələbə münasibətilə təşkil edilən mərasimdə onu dəstəkləyənlərə təşəkkür edib. Bakradze isə rəqibini təbrik edərək Gürcüstanın yeni prezidenti ilə əməkdaşlığa hazır olduğunu bildirib. Burcanadze isə sorğunun nəticələrini tanımadığını qeyd edib. 

Gürcüstan prezidenti Mixail Saakaşvili seçkilərin nəticəsindən razı qalmayanları çoxluğun rəyinə hörmət etməyə çağırıb və seçkiləri baş tutmuş hesab edib. 

Qaynar.info