Xəbər lenti

Gürcü ekspert: "Ukrayna Gürcüstanı Rusiya ilə münaqişəyə sürükləmək istəyir"
Dünya12:06 05.02.2024

Gürcü ekspert: "Ukrayna Gürcüstanı Rusiya ilə münaqişəyə sürükləmək istəyir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcü ekspert Zaal Ancaparidze Gürcüstan ərazisindən Voronejə gedən partlayıcı yükün Gürcüstan xüsusi xidmət orqanları tərəfindən saxlanılmasını şərh edərkən bildirib ki, Ukrayna Tbilisini Moskva ilə münaqişəyə cəlb etmək istəyir. 
Qaynarinfo xəbər verir ki, bu barədə ekspert Sputnik.Georgia agentliyinə müsahibəsində bildirib.
"Bizim sözdə Gürcüstandan səfirini geri çağıran və faktiki olaraq səfirimizi qovmuş "strateji tərəfdaş” Ukrayna bizi sakit buraxmır. Hadisə ilə bağlı ictimaiyyətə açıqlananlar (Odessadan Voroneja göndərilən partlayıcılarla - redaktorun qeydi) (aysberqin görünən hissəsi) bir qəti fərziyyə üçün kifayətdir - onlar Gürcüstanı hər hansı bir şəkildə Rusiya ilə qarşıdurmaya cəlb etmək istəyirlər", - ekspert hesab edir.
Bundan əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya ərazisində terror aktları törətməyi planlaşdırdıqları partlayıcı yükün saxlanılmasının görüntülərini yayıb.
Fevralın 5-də Gürcüstanda qaçaqmalçılıq yolu ilə Voronejə aparılmalı olan partlayıcı maddə yükü saxlanılıb. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, daşınmanın arxasında Ukrayna vətəndaşı olub.
Alpər