Xəbər lenti

Gürcü nazir "Bakcell Arena"dakı təxribatdan danışdı
İdman16:55 01.08.2014

Gürcü nazir "Bakcell Arena"dakı təxribatdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gürcüstanla Azərbaycan arasındakı dostluq münasibətlərinə heç kim xələl gətirə bilməz"

Gürcüstan xarici işlər naziri Maya Pancikidze “Neftçi” - “Çixura” matçı zamanı baş verənlərə münasibət bildirib.

ANS PRESS-in məlumatına görə, nazir bunu təxribat adlandırıb:

"Bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq. Gürcüstanla Azərbaycan arasında dostluq münasibətləri var. Bu münasibətlərə heç kim xələl gətirə bilməz".

Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan “Neftçi” - “Çixura” oyununda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədib.

Onlar oyunun keçirildiyi "Bakcell Arena"da Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.

Qaynar.info