Xəbər lenti

Gürcü nazir sabah Azərbaycana səfər edəcək
Siyasət18:59 12.12.2021

Gürcü nazir sabah Azərbaycana səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava sabah Bakıya səfər edəcək.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.
İki gün davam edəcək forumda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələrin perspektivləri və s. məsələlər diqqət mərkəzində olacaq.
Gürcü nazirin Bakıda bir neçə görüşləri də nəzərdə tutulub.