Xəbər lenti

Gürcülərlə ermənilər arasında kütləvi DAVA
Dünya05:28 21.09.2013

Gürcülərlə ermənilər arasında kütləvi DAVA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan paytaxtında yerləşən "Krtsanisi" restoranında gürcülərlə ermənilər arasında kütləvi dava olub.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Tiflisin Ortacala rayonunda baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, qonaqlardan birinin “bu şəhərdə ermənilər başımıza oturublar” deməsi restoranda olan ermənilərin qəzəbinə səbəb olub. Söz atışması sonda kütləvi əlbəyaxaya gətirib çıxarıb.

 
Nəticədə 10 nəfər erməni möhkəm döyülüb. Davada qonaqlarla yanaşı restoranın mühafizəçiləri də iştirak edib.
 
Qeyd edək ki, hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi fərqli versiya irəli sürüb. Rəsmi versiyaya görə, davaya erməninin restoran əməkdaşı olan qadına sataşması səbəb olub.

Qaynar.info