Xəbər lenti

Gürcüstan baş naziri mesaj verdi: “İşğal olunmuş ərazilər qaytarılacaq”
Dünya08:20 08.08.2023

Gürcüstan baş naziri mesaj verdi: “İşğal olunmuş ərazilər qaytarılacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümündə Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, "hökumət dinc yolla ölkənin ərazi bütövlüyünün bərpası və yenidən birləşməsinə sadiq qalır”.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Facebook-da yazıb.
"2008-ci ilin avqust müharibəsinin başlamasından 15 il keçir. Bu gün bizim hamımız üçün xüsusi gündür - Rusiyanın hərbi təcavüzü böyük insan tələfatına, mülki əhalinin məcburi köçkünlüyünə və ərazilərimizin müvəqqəti işğalına səbəb olub ki, bu da ölkəmizin suverenliyi və gələcək inkişafı üçün hələ də əsas problem olaraq qalır”, - Qaribaşvili yazıb. 
Onun sözlərinə görə, "hökumət dinc yolu ilə ölkənin ərazi bütövlüyünün bərpası və yenidən birləşməsinə sadiq qalır”.
"Biz inanırıq ki, dinc, vahid, güclü, inkişaf etmiş Gürcüstan gürcülər, osetinlər, abxazlar və bizim torpağımızda yaşayan bütün xalqlar üçün ən yaxşı perspektivdir və biz bu məqsədin yaxın gələcəkdə reallaşması üçün hər şeyi edirik”, - baş nazir vurğulayıb. 
Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya Federasiyasının silahlı qüvvələri Gürcüstan ərazisini işğal edib. 2008-ci il avqustun 8-nə keçən gecə Gürcüstan tanınmamış Cənubi Osetiya Respublikası tərəfindən gürcü kəndlərini atəşə tutduğunu və rəsmi hakimiyyətə qarşı bir neçə təxribat törətdiyini elan edib. 
Bundan sonra Tbilisi özünü elan etmiş respublikada konstitusiya quruluşunun bərpa olunduğunu bəyan edib.
Gürcüstan ordusu hücuma keçərək Cənubi Osetiyanın əsas yaşayış məntəqəsi olan Sxinvalinin böyük hissəsini ələ keçirib. 
Rusiya qoşunları bu daxili münaqişəyə birbaşa müdaxilə edib, Rusiya təbliğat mediası Gürcüstanı Sxinvalini qəsdən atəşə tutmaqda ittiham edib.
Avqustun 10-da Rusiya Federasiyasının birbaşa işğalı ilə əlaqədar Tiflis qoşunların Sxinvalidən çıxarılmasını və birtərəfli atəşkəs elan edib.
Prezident Mixail Saakaşvili Avropa İttifaqının, xüsusən də Fransa prezidenti Nikola Sarkozinin təklif etdiyi (12 avqust tarixli) atəşkəs planını imzalayıb, bu planın əsas məqamları atəşkəs və qoşunların öz bazalarına qayıtması olub. 
Rusiya qoşunlarının Gürcüstan ərazisindən çıxarılması 2008-ci il oktyabrın 1-dək başa çatmalı idi. Lakin faktiki olaraq Rusiya Federasiyasının qoşunları Gürcüstanın daxili və xarici siyasətinə təsir faktoru olaraq bu günə qədər özünü elan etmiş respublikaların ərazisində qalır.
Nizami Bağırov