
Gürcüstannın Əfqanıstandakı iki hərbi bazası bağlanır.
Qaynar.info-nun məlumatına görə, bu barədə ölkənin müdafiə naziri İrakli Alasaniya bildirib.
Onun sözlərinə görə, sonuncu hücumdan sonra gürcü hökuməti hərbçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə NATO komandanlığına müraciət edib. Gürcüstan tərəfinin bu təklifi qəbul olunub.
"Bizim tələblərimiz əsasında iki hərbi baza bağlanıb. Lakin məlum səbəblərə görə, mən həmin mərkəzlərin adını deyə bilmərəm" deyə Alasaniya bildirib.
Qaynar.info