Xəbər lenti

Gürcüstan marixuananı leqallaşdırır
Dünya12:58 10.05.2013

Gürcüstan marixuananı leqallaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanda marixuanadan istifadə leqallaşdırıla bilər. 

Qaynar.info-nun xəbərinə görə, bu barədə Gürcüstanın əmək və səhiyyə naziri David Serqeenko məlumat verib. 

Onun sözlərinə görə, narkotik maddələrin yüngül növünə qoyulan qadağalar həmişə əks nəticələr verir.

"Bizim bunu müzakirəyə çıxarmağımız o demək deyil ki, sabah gözəl bir gündə marketlərdə marixuanalar satılacaq" deyə nazir bildirib. 

Qeyd edək ki, hələ iki il əvvəl marixuananın əcnəbilər üçün leqallaşdırılması ilə bağlı təkliflər irəli sürülsə də, gürcü hökuməti buna icazə verməmişdi. 

Qaynar.info