Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üçün yaradılmış 3705 seçki məntəqəsindən 1970-də nəticələr hesablanıb.
Qaynarinfo Gürcüstan Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili səslərin 58,11%-ni toplayıb.
Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,89%-ni (233 563 səs) səs yığıb.
***00.40
Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs) toplayıb.
Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) səs yığıb.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!