Xəbər lenti

Gürcüstan müxalifəti növbədənkənar seçki tələb edir
Dünya11:55 05.09.2022

Gürcüstan müxalifəti növbədənkənar seçki tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid milli hərəkat” (VMH) ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyaları keçirəcəyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "newsgeorgia.ge” portalı məlumat yayıb 
"Ən kəskin siyasi böhranı yumşaltmaq üçün Gürcüstanda növbədənkənar seçkilər keçirilməlidir. Milli Hərəkatın bütün addımları, hərəkətləri və fəaliyyətləri bu məqsədə çatmağa, bu tarixi vəzifəni yerinə yetirməyə yönəldiləcək”, - VMH-nin sədri Nika Melia bu gün keçirdiyi brifinqdə bildirib.
Müxalifətçi ölkənin hakim partiyasını "Gürcüstanı yenidən imperiya bünövrəsinə çəkən” "Rus arzusu” adlandırıb. Melia hesab edir ki, "Gürcü arzusu” məqsədli şəkildə Gürcüstanın Aİ-yə namizəd statusu almasına mane olur.
Onun sözlərinə görə, növbədənkənar seçkilərin təyin edilməsi üçün VMH üç bənddən ibarət planı həyata keçirməyə başlayır:
•Müxtəlif növ və formalarda müxtəlif siyasi fəaliyyətlər və etirazlar.
•Gürcüstan əhalisi ilə daimi görüşlər.
•Xarici tərəfdaşlarla intensiv ünsiyyət.
"İctimaiyyəti və beynəlxalq təzyiqləri cəlb etməklə, siyasi fəaliyyətin və etirazların intensivliyini artırmaqla biz hökuməti növbədənkənar seçkilər təyin etməyə məcbur etməliyik”, - Melia bildirib.
Nizami Bağırov