
ANS PRESS-in məlumatına görə, bu barədə "Qruziya onlayn" saytı məlumat yayıb.
Gürcüstan parlamentinin spikeri Usupaşvili açıqlamasında Gürcüstan oktyabrda fəaliyyətini dayandıracağını bəyan edib. Parlament sədri bu fasiləni oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə əlaqələndirib. O bildirib ki, Gürcüstan Konstitusiyasına görə, qanunverici orqan prezident seçkiləri ərəfəsində bir ay müddətində fəaliyyətini dayandıra bilər. Lakin bu fasilə bir aydan artıq davam etməməlidir.
Bu ay parlamentdə baş nazirin salahiyyətlərinin azaldıması və konstituiyaya bir sıra dəyişikliklərin edilməsi məsələsinə baxılacaq. Digər qanun layihələrinin isə parlamentin işinin bərpa olunandan sonra müzakirə ediləcəyi xəbər verilir.
Qaynar.info