Xəbər lenti

Gürcüstan parlamentində dava düşüb - VİDEO
Dünya06:22 12.12.2013

Gürcüstan parlamentində dava düşüb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada davam edən gərginlik Gürcüstanda da özünü göstərib


Ukraynada davam edən gərginlik Gürcüstanda da özünü göstərib. Gürcüstan Parlamentində Ukrayna müxalifətinin dəstəklənməsi planı ilə bağlı müzakirələr zamanı dava düşüb. Müxalifət partiyası olan Milli Hərəkat Partiyasının üzvü Giorgi Baramidze qanunvericiləri Kiyevdə kütləvi aksiyalar keçirən Ukrayna müxalifətinə dəstək vermək üçün qətnamə qəbul etməyə çağırıb.

Hakim “Gürcü arzusu” Partiyasının üzvü Soso Jaçviani isə buna qəzəblənərək kürsüsündən ayağa qalxıb və Baramidzinin ayaqlarına təpik vurmağa başlayıb. Bundan sonra digər millət vəkilləri də davaya qoşulub.


Qaynar.info