Xəbər lenti

Gürcüstan Prezidenti: "Lukaşenkonun Abxaziyaya səfəri beynəlxalq hüquqa ziddir"
Dünya15:47 28.09.2022

Gürcüstan Prezidenti: "Lukaşenkonun Abxaziyaya səfəri beynəlxalq hüquqa ziddir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib və beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
S.Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.
"Aleksandr Lukaşenkonun işğal edilmiş Abxaziyaya səfərini şiddətli şəkildə qınayıram. Bu, beynəlxalq hüququn qəbuledilməz şəkildə pozuntusudur ",- Prezident bildirib.