Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini, eləcə də ölkələr arasında birbaşa aviareyslərə qoyulan qadağanı ləğv etməsi Ukraynadakı vəziyyətlə əlaqədar qəbuledilməzdir. O, Vladimir Putinin qərarını təxribat adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb https://www.kommersant.ru/doc/5978179
"Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirərək ərazimizi işğal etdiyi müddətdə Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir!” - o, Twitter-də yazıb.
Xatırladaq ki, Vladimir Putin mayın 15-dən etibarən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib. Yalnız üç aydan çox müddətə işləmək və ya təhsil almaq məqsədilə Rusiyaya daxil olan gürcülərdən viza tələb olunacaq. Rusiya Federasiyasının prezidenti həmçinin 2019-cu ildən qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib. Rusiya aviaşirkətləri həftədə yeddi dəfə Moskva-Tbilisi və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırır.
Nizami Bağırov