Xəbər lenti

Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır
Dünya15:21 13.05.2021

Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gürcüstan hökuməti koronavirusun üçüncü dalğasından sonra quru sərhədləri açmağı planlaşdırır". 
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkənin quru sərhədləri koronavirusun 3-cü dalğasının sonlarına yaxın açıla bilər. Bu məsələ növbəti bir neçə həftə ərzində müzakirə olunacaq:
"Quru sərhədlərin açılması planlaşdırılır, lakin bu koronavirusun üçüncü dalğasının tamamlanması ilə üst-üstə düşməlidir. Məsələ, yəqin ki, növbəti bir neçə həftənin mövzusu olacaq". (qafqazinfo)