Xəbər lenti

Gürcüstan rəsmisi qondarma "erməni soyqırımı” abidəsini ziyarət etdi
Siyasət13:45 05.11.2021

Gürcüstan rəsmisi qondarma "erməni soyqırımı” abidəsini ziyarət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda işgüzar səfərdə olan Gürcüstanın Konstitusiya Məhkəməsinin sədri Merab Turavanın başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın müşayiəti ilə qondarma "erməni soyqırımı"nın xatirə kompleksini ziyarət edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Soyqırım muzeyi"nin "Facebook” səhifəsi məlumat verib.
Xatirə kompleksinin yaradılması hekayəsini qondarma "erməni soyqırımı” üçün yaradılan Muzey-İnstitutun elmi işlər üzrə direktor müavini Edita Qzoyan təqdim edib. Qzoyan ötən əsrin sonlarında "Azərbaycanda erməni əhalisinə qarşı etnik təmizləmə” zamanı həlak olmuş ermənilərin xatirəsinə həsr olunmuş Tsitsernakaberd ərazisində yerləşdirilən üç xaçkdaşın hekayəsini də qonaqlara danışıb.
Telman