Gürcüstan leysan yağışlar səbəbindən Rusiya ilə quru sərhədini müvəqqəti bağlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ria Novosti Gürcüstanın Maliyyə Nazirliyinin məlumatına istinadən məlumat yayıb.
Əlverişsiz hava şəraiti səbəbindən Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun 136-cı kilometrliyində "Terek" sahillərini aşıb və yolun 80 metrlik hissəsini zədələyib. Yol təmir olunana qədər orada bütün növ nəqliyyatın hərəkəti qadağandır.
Daha əvvəl, Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib ki, Gürcüstanda yağan yağış səbəbindən Şimali Osetiyadan "Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə çıxış qadağan edilib.
Nizami Bağırov