Xəbər lenti

Gürcüstan Rusiya ilə sülh danışıqlarına başlayır
Dünya07:51 31.07.2013

Gürcüstan Rusiya ilə sülh danışıqlarına başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın yeni Nazirlər Kabinetinin 9 aylıq fəaliyyəti ərzində hökumətin əsas məqsədi ölkənin ərazi bütövlüyünü sülh yoli ilə bərpa etməkdir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze deyib.

Səfirin sözlərinə görə, yeni hökumətin digər əsas məqsədləri investisiyalar, Avropaya inteqrasiya, Rusiya ilə dialoq və qanunun aliliyidir: "Hökumət bu məqsədlə dövlət orqanlarının strukturunda və fəaliyyətində bir sıra islahat və dəyişikliklər keçirir".

Şaraşenidze qeyd edib ki, Gürcüstanın Qərb və ABŞ ilə münasibətləri müsbət məcrada inkişaf edir: "Bura bir çox ikitərəfli görüşlər və Gürcüstan-ABŞ birgə təlimləri daxildir".

Səfirin sözlərinə görə, noyabrda Avropa İttifaqı (Aİ) ilə assosiativ sazişin paraflanması gözlənilir: "Həmçinin Aİ ilə ticarət və vizasız rejim haqqında saziş məsələsi nəzərdən keçirilir".

Qaynar.info