Xəbər lenti

Gürcüstan-Rusiya magistralı bağlandı
Dünya19:33 07.12.2020

Gürcüstan-Rusiya magistralı bağlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralı - Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri - Kobi hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti tam qadağan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.
Bildirilir ki, beynəlxalq əhəmiyyətli yolda avtomobillərin hərəkətinin qadağan olunmasına Qudauri - Kobi hissəsində güclü qar yağması, çovğun və qar uçqunu təhlükəsi səbəb olub.
Hazırda magistralda Azərbaycan, İran, Rusiya və digər ölkələrdən gələn xeyli sayda yük və minik avtomobili qalıb.