
"Rus ordusunun Şimali Qafqazda irimiqyaslı hərbi təlimlər keçirməsi bölgədə sülhə və təhlükəsizliyə yol açmır".
Qaynarinfo.Az rus mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər naziri Mixail Canelidze deyib:"Biz müntəzəm olaraq müttəfiqlərimizi və beynəlxalq təşkilatları bu tipli fəaliyyətlərin yaratdığı təhlükələr barədə məlumatlandırırıq. Biz Rusiya tərəfinin regiondakı müvafiq fəaliyyətini izləməkdə davam edirik".
Qızılgül
Qaynarinfo.Az