Xəbər lenti

Gürcüstana qayıdıb, aktiv siyasətə qoşulacaq - Saakaşvili açıqladı
Dünya10:52 25.05.2016

Gürcüstana qayıdıb, aktiv siyasətə qoşulacaq - Saakaşvili açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eks-prezident, Odessa qubernatoru Mixail Saakaşvili Gürcüstana qayıtmaq və aktiv siyasi fəaliyyətlə məşğul olmaq istədiyini açıqlayıb.

Qafqazinfo Ukrayna KİV-ə istinadən xəbər verir ki, Saakaşvili qayıdacağı dəqiq tarixi açıqlamayıb:

“Qoy heç kim şübhə etməsin və bunu təhdid kimi qəbul etməsin, lakin mən Gürcüstana qayıtmaq və proseslərə aktiv olaraq qoşulmaq istəyirəm”.

Xatırladaq ki, indiki gürcü prezidenti Georgi Marqvelaşvili 2015-ci ildə Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi ilə bağlı sərəncam vermişdi.

Qaynarinfo.az