Xəbər lenti

Gürcüstanda 3 günlük matəm
Dünya04:57 08.06.2013

Gürcüstanda 3 günlük matəm

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanın cənubunda Helman vilayətində minalanmış yük avtomobilinin partladılması nəticəsində 7 Gürcüstan əsgəri ölüb, 9 nəfər yaralanıb.

Türkiyə mətbuatı xəbər verir ki, minalanmış yük avtomobili gürcü sülhməramlılarının qaldığı hərbi bazanın yaxınlığında partladılıb. Hadisədən sonra Gürcüstan müdafiə naziri İrakli Alasaniya paytaxt Kabilə gedib. O, burada əfqan həmkarı Bismillah Xan Məhəmmədi ilə görüşüb.

Qeyd edək ki, Əfqanıstanda həyatını itirən gürcü hərbiçılərin sayı 30-a çatıb. NATO üzvü olmayan Gürcüstanın Əfqanıstanda 1570 əsgəri var. Əfqanıstanda 7 əsgərin ölümü ilə bağlı Gürcüstanda 3 günlük matəm elan edilib.

Anspress