Xəbər lenti

Gürcüstanda "Atlantic Council"un əməkdaşlarının evlərində axtarış aparıldı
Dünya13:05 24.10.2024

Gürcüstanda "Atlantic Council"un əməkdaşlarının evlərində axtarış aparıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda ABŞ-ın "Atlantic Council” analitik mərkəzinin əməkdaşlarının evlərində axtarışlar aparılıb. İlkin məlumatlara görə, axtarış maliyyə polisi tərəfindən çirkli pulların yuyulması, dələduzluq və vergidən yayınma faktları üzrə aparılır.
Qaynarinfo xəbər verir ki, iş üzrə əlaqəli şəxslərdən biri Eto Buziaşvilinin vəkili Anna Qaxokidze "Azadlıq” radiosuna yalnız ümumi axtarış qərarının verildiyini və işdə təqsirləndirilən şəxsin kimliyi hələlik məlum olmadığını bildirib.
"Səhər saat 8 radələrində gəldilər. Mənə maliyyə polisindəndən olduqlarını demədilər; əvəzində özlərini qaz müfəttişliyi xidməti kimi təqdim edərək sızma olduğunu bildirdilər. Təxminən altı nəfər içəri soxuldular və dərhal axtarışa başladılar. Telefonumu aldılar və vəkilimlə əlaqə saxlamağa imkan vermədilər. Xüsusilə sənədləşdirmə və texnologiya ilə maraqlanırdılar, motivləri də bu idi. Axtarış təxminən iki saat davam edib. Məni dindirməyə çağırdılar. Onları maraqlandıran yeganə şey mənim iş yerim, Amerikanın qeyri-hökumət təşkilatı olan "Atlantic Council" idi. Biz Rusiya kəşfiyyatının əməliyyatları ilə bağlı dərin araşdırma aparırıq”, deyə Eto bildirib.
İş üzrə digər əlaqə şəxsin əri Sofa Gelava bildirib ki, evdən bütün avadanlıqlar, o cümlədən noutbuk götürülüb.
KİV-in məlumatına görə, hər iki qadın "Gürcü Arzusu” hökumətinin açıq tənqidçiləridir və Rusiyanın Gürcüstandakı dezinformasiyası və təsir əməliyyatları ilə bağlı çoxsaylı araşdırma hesabatları dərc ediblər.
Qeyd edək ki, "Atlantic Council” 1961-ci ildə Şimali Atlantika Müqaviləsi Təşkilatının nəzdində yaradılmış ABŞ-ın beyin mərkəzidir. Siyasi, biznes və intellektual beynəlxalq liderlər üçün forumdur. Təşkilat beynəlxalq təhlükəsizlik və qlobal iqtisadiyyatla bağlı on regional mərkəz və funksional proqramları idarə edir. Qərargahı Vaşinqtonda yerləşir. "Atlantic Council” Atlantika Müqaviləsi Assosiasiyasının üzvüdür. 
Nizami Bağırov