Xəbər lenti

Gürcüstanda avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı
Dünya19:05 20.03.2019

Gürcüstanda avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində "Mercedes” markalı avtomobildə 27 yaşlı azərbaycanlı gəncin meyiti tapılıb.
Qaynarinfo  "Report”a istinadən xəbər verir ki, gənc odlu silahla özünə sui-qəsd edib.
Kənd sakinləri adı açıqlanmayan gəncin meyitini bu gün səhər saatlarında aşkar ediblər və bu barədə polisə məlumat veriblər.
Azərbaycanlı gəncin qətlə yetirilməsi istisna olunur.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi üzrə cinayət işi açıb.