Xəbər lenti

Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı
Sağlamlıq10:03 12.04.2020

Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.
L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub: "Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhəldə döl fizioloji şərtlərə uyğundur”.
Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb.