Xəbər lenti

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu (FOTO)
Dünya18:36 12.04.2023

Gürcüstanda azərbaycanlılarla polis arasında qarşıdurma oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində polislə vətəndaşlar arasında insident baş verib.
APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, hadisə polisin "Opel” markalı avtomobilə "saxla” əmri verməsindən sonra baş verib. Məlumata görə avtomobilin sürücüsü sürəti artıraraq ərazidən qaçmağa çalışıb, lakin nəqliyyat vasitəsinin idarəetməsini itirərək Daştəpə kəndindəki körpüdən maşını aşırıb.
Şahidlərin sözlərinə görə avtomobildə olan 3 nəfər və bəzi kənd sakinləri hadisə yerinə gələn polis patrulu maşınını daşlamağa başlayıb. Nəticədə polis avtomobilinə ziyan dəyib. Daha sonra isə polisi müdafiə edən sakinlərlə əks tərəf arasında qarşıdurma baş verib.
Avtomobilin sürücüsünün sərxoş olduğu bildirilib.