Gürcüstan Səhiyyə Nazirliyi koronavirusdan ölüm hallarının rekord həddə artdığını qeyd edib.
Qaynarinfo xəbər verir ki, son bir gündə 54 xəstə ölüb. Buna qədər maksimum 18 dekabr 2020-ci ildə 53 adamın öldüyü zaman qeydə alınmışdı. Ümumilikdə, Gürcüstanda pandemiya başlayandan bu yana 6182 nəfər ölüb.
Bundan əlavə, respublikada koronavirusa yoluxanların sayında rekord artım qeydə alınıb. Gün ərzində 5697 xəstə müəyyən edilib. Pandemiya başlayandan bu yana yoluxanların ümumi sayı 455 846 nəfərə çatıb ki, bu da əhalinin 12.23%-ni təşkil edir.
Respublikada dörd növ peyvənd vurula bilər. İndiyə qədər Gürcüstan əhalisinin yalnız 5.48%-i vaksin edilib.
Alpər