Xəbər lenti

Gürcüstanda hərbi helikopter qəzaya uğradı, ölən var
Dünya11:02 02.07.2024

Gürcüstanda hərbi helikopter qəzaya uğradı, ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstan Müdafiə Nazirliyi ölkənin şərqində helikopterin qəzaya uğraması və pilotun ölümü ilə bağlı məlumatı təsdiqləyib.
"Report"un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
"Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Müdafiə Nazirliyi həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə nazirlikdən bildirilib.