Xəbər lenti

Gürcüstanda komendant saatı ləğv olundu
Dünya06:53 30.06.2021

Gürcüstanda komendant saatı ləğv olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan hərəkət məhdudiyyəti aradan qaldırılıb.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının müvafiq qərarı bu gün saat 23:00-dan etibarən qüvvəyə minəcək.
Qonşu ölkədə komendant saatı ötən ilin noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilirdi.
Bu ilin iyunun 1-dən məhdudiyyət müddəti qısaldılaraq saat 23:00-dan 04:00-dək qüvvədə qalırdı.