Xəbər lenti

Gürcüstanda körpəsini 13 min dollara satmaq istəyən ana saxlanıldı
Dünya15:17 12.02.2020

Gürcüstanda körpəsini 13 min dollara satmaq istəyən ana saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda körpəsini 13 min dollara satmaq istəyən ana və onunla əlbir olan 6 nəfər saxlanılıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Verilən açıqlamada saxlanılanlar arasında 2 həkimin və daha əvvəl də eyni cinayətə görə həbs olunan 1 nəfərin də olduğu bildirilib. İstintaq zamanı məlum olub ki, sözügedən şəxslər körpəni satdıqdan sonraq pulu öz aralarında bölməyi planlaşdırıblar.
Araşdırma davam etdirilir. Saxlanılan 7 nəfərin 14-17 il arası həbs cəzası alacağı gözlənilir.
Camal