Gürcüstanda sabah matəm elan olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə qərar bu gün səhər saatlarında Tkibulidə kömür mədənində baş vermiş qəzaya görə qəbul edilib.
Qeyd edək ki, qəza nəticəsində 6 nəfər həlak olub, 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.