Yeni il ərəfəsində Gürcüstanın Samtse-Cavaxetiya bölgəsinin Axaltsixe kəndində yaşıl küçük doğulub.
Qaynarinfo xəbər verir ki, bu haqda Rustavi 2 TV-nin məlumatında deyilib. Sahibləri Labrador küçüyünə Qrinç adı veriblər.
Küçüyü dünyaya gətirən itin sahibi zooparkın nümayəndələrinin artıq onunla əlaqə qurduğunu, ancaq iti onlara verməyi düşünmədiyini bildirib.
Qrinç yeddi qardaş və bacı ilə birgə anadan olub.
Qeyd edək ki, yaşıl tüklü bir itin doğulması son dərəcə nadir bir haldır. Bu rəngi itin plasentasındakı biliverdin tərkibinin yüksək olması ilə əlaqədardır.
Alpər