Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un nəticələri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "Rustavi 2” telekanalının sifarişi ilə "Edison Research” şirkətinin keçirdiyi "exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 55 % səs toplayıb. Onun rəqibi Qriqol Vaşadze isə 45 % səs yığa bilib.
Qeyd edək ki, seçkidə müstəqil namizəd kimi iştirak edən Salome Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir. Qriqol Vaşadze isə Vahid Milli Hərəkat Partiyasının namizədidir.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!