
Gürcüstanda bir qrup etirazçı Rusiyanın bayrağını yandırıb.
Qaynar.info xəbər verir ki, Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın tərəfdarları olan etirazçılar bayrağı hüquq müdafiəçisi Uçi Nanuaşvilinin ofisi qarşısında yandırıblar.
Aksiya iştirakçıları bildiriblər ki, Axalayaya qarşı atılan heç bir addıma reaksiya verməyib. Keçmiş müdafiə nazirinin tərəfdarları aksiyada həmçinin, ətrafda olan sovet rəmzlərini də dağıdıblar.
Qeyd edək ki, oktyabrın əvvəlində də paytaxt Tiflisdə "Milli Cəbhə" hərəkatının tərəfdarları Rusiyanın imperialist planlarını tənqid edərək rus bayrağını yandırmışdılar.
Qaynar.info