Xəbər lenti

Gürcüstanda Rusiyaya kimlər işləyir: Agentlərin reyestri yaradılacaq - VMH
Dünya12:01 02.03.2023

Gürcüstanda Rusiyaya kimlər işləyir: Agentlərin reyestri yaradılacaq - VMH

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat ölkədə Rusiyanın təsir agentlərinin reyestrini yaradacaq.
Qaynarinfo "Gürcüstan Online"-a istinadən xəbər verir ki, bu barədə brifinqdə partiyanın siyasi şurasının sədri Levan Bejaşvili bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfindən maliyyələşdirilən və məqsədi Gürcüstanda Rusiyanın təsirini gücləndirmək olan bütün siyasi liderlər reyestrdə yer alacaq.
Bundan əlavə, Bejaşvili beynəlxalq tərəfdaşları bu reyestrə daxil edilmiş şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
"Biz Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqı ölkələrinin Gürcüstandakı səfirliklərini, "Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini dəstəkləyəcək parlament üzvlərinə və onların ailə üzvlərinə viza məhdudiyyəti qoymağa və Birləşmiş Ştatlar və Aİ-yə üzv dövlətlərə girişini qadağan etməyə çağırırıq”, - deyən Bejaşvili, həmçinin bu şəxslərə qarşı maliyyə məhdudiyyətlərinin tətbiqinə çağırıb.
Xatırladaq ki, ötən gün Gürcüstanda iki qalmaqallı - "Xarici təsirin şəffaflığı haqqında” və "Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələri təqdim edilib. İctimai təşkilatlar bunu söz azadlığına hücum və Rusiya nümunəsini imitasiya adlandırıblar.
Aİ-nin Gürcüstandakı səfiri xəbərdarlıq edib ki, "Xarici təsirin şəffaflığı haqqında” layihə Aİ-nin prinsiplərinə ziddir. ABŞ Dövlət Departamenti həmçinin "xarici agentlər" haqqında təklif olunan qanunun qəbul olunacağı təqdirdə Gürcüstanda ifadə azadlığına təsir göstərəcəyindən narahatlığını ifadə edib. Avropa Şurası da Gürcüstanı hər iki layihədən imtina etməyə çağırıb.
Nizami Bağırov