Xəbər lenti

Gürcüstanda terror aktının qarşısı alınıb
Dünya14:28 13.06.2013

Gürcüstanda terror aktının qarşısı alınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan Daxili İşlər Nazirliyi Tiflisdə terror aktının qarşısını alıb. 

Trend-in məlumatına görə, bu barədə ürcüstan DİN-in yaydığı bəyanatda deyilir.

Məlumata görə, bu gün səhər saatlarında müxtəlif hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində Tiflisdə xarici vətəndaşlar Mikayıl Kadiyev və Rizvan Ömərov saxlanılıblar.

Onların yaşayış yerində aparılan axtarış zamanı xeyli sayda partlayıcı madddə, elektrodetonator, odlu silah və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib.

İstintaq müəyyən edib ki, İnterpolun axtarışında olan Kadiyev 2011-ci ildən Gürcüstanda gizlənib, müəyyən vaxtlarda isə ölkə hüdudlarını tərk edib.

İndiki mərhələdə saxlanılan şəxslərin əlaqələrini və onlara himayədarlıq edənləri üzə çıxartmaq üçün axtarış tədbirləri aparılır.

Qaynar.info