Xəbər lenti

Gürcüstanda yeni aviataksilər fəaliyyət göstərməyə başladı
Dünya18:55 04.04.2017

Gürcüstanda yeni aviataksilər fəaliyyət göstərməyə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Adjara Group Hospitality” ("Adjara qonaqpərvərlər qrupu") yeni "Aviator" aviataksilərinin istismarına başlayıb.

"Qaynar"Report-a istinadən xəbər verir ki, yeni aviataksilər həm daxili, həm də beynəlxalq reyslər həyata keçirəcək.

"Beechcraft king Air C90 GTx" taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, İrəvan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək. Şirkət gələcəkdə reyslərin sayının artırılmasını və yeni təyyarə parkının yaradılmasını nəzərdə tutub.

Yeni, müasir tipli avadanlıqlarla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klass tələblərinə cavab verən bütün tələblər yerinə yetiriləcək.

Qaynar.Az