Xəbər lenti

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk etdi
Siyasət14:21 01.09.2020

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.
"Report”un məlumatına görə, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.
Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.
Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib. 
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.