Xəbər lenti

Gürcüstanın yeni xarici işlər naziri təyin olundu
Dünya13:23 04.04.2022

Gürcüstanın yeni xarici işlər naziri təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın yeni xarici işlər naziri təyin olunub.
Qaynarinfo xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün yeni nazir İlya Darçiaşvilini ictimaiyyətə təqdim edib.
Bildirib ki, İlya Darçiaşvili özəl və dövlət sektorunda çalışıb. Nazir müavini, ötən ilin martından isə Gürcüstanın hökumət administrasiyasının rəhbəri olub. Diplomatik xidmətdə də çoxillik təcrübəsi olan İlya Darçiaşvili Gürcüstanın Polşada səfiri işləyib.
Qeyd edək ki, baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani bu gün vəzifəsindən istefa verib.