Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Qaynarinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçayın Şıxbəy kəndi ərazisində qeydə alınıb. Rayonun Qızılağac kənd sakini 1963-cü il təvəllüdlü Məmmədov Eldəniz Cavad oğlu dostları ilə yeyib-içdikdən sonra Şıxbəy beton su kanalında çimmək qərarına gəliblər.
O, suda çimərkən ehtiyatsızlıq edib və boğulub. Dünyasını dəyişən Eldəniz Məmmədovun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə verilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qaynarinfo.az