Almaniyanın Frankfurd şəhərində göydələni fəth etmək uğrunda marafon keçirilib. 426 idmançının qatıldığı yarışda - adından da göründüyü kimi - hədəf 61 mərtəbəli göydələni ən tez fəth etmək olub.
Bir-birindən 30 saniyə fərqlə binaya doğru qaçan idmançılar 222 metr hündürlüyü olan göydələni fəth etmək üçün 1200 pilləkən qalxmalı idilər.
Qaynarinfo.az atv.az-a istinadən bildirir ki, göydələnə qalxmaq üçün Avropada ən uzun qaçış hesab olunan bu yarışda Kristiana Ridl adlı idmançı yeni rekorda imza atıb. O, 61 mərtəbəli binaya cəmi 6 dəqiqə 25 saniyə ərzində qalxa bilib. Lakin onun uğur qazanması elə də asan başa gəlməyib.
Turnirin ötənilki qalibi Petr Kobodzinski isə bu dəfə 2-ci yerlə kifayətlənib. Göydələni qalibdən 5 saniyə gec fəth edən idmançı, budəfəki nəticədən də razıdır. Onu da qeyd edək ki, Almaniyada bu yarış, demək olar ki, ənənəvi hal alıb. Getdikcə populyarlaşan bu marafona hər il daha çox idmançı qatılır.
Qaynarinfo.az