Rusiyanın Yakutsk şəhərindən yola düşən yük təyyarəsi deşilib.
Qaynarinfo xəbər verir ki, nəticədə hər biri 20 kq olan 200-ə qədər qızıl və gümüş külçə təyyarə havalanan kimi uçuş zolağına səpələnib. Nimbus Havayolu Şirkətinə aid təyyarə dərhal səyahəti dayandıraraq eniş edib.
Uçuş zolağına səpələnmiş külçələr təhlükəsizlik tədbirləri təşkil edilərək toplanıb.