Xəbər lenti

Göyərtəsində 133 sərnişin olan təyyarə qəzaya uğradı, axtarışlar başladı
Dünya08:40 21.03.2022

Göyərtəsində 133 sərnişin olan təyyarə qəzaya uğradı, axtarışlar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çin Şərqi Hava Yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə Çinin milli televiziyası məlumat yayıb.
Bildirilib ki, içərisində 133 nəfərin olduğu Boeing 737 sərnişin təyyarəsi Çinin Quanksi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb.
Ölən və yaralananlar barədə məlumat verilməyib, axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerində meşə yanğınının başladığı məlum olub.