Göygöl rayonunda sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.
"Report"un yerli bürosunun məlumatına görə, onlardan ikisinin vəziyyəti kafidir, digər 6 nəfərə isə ambulator yardım göstərilərək evə buraxılıb.
İlkin məlumata görə, mikroavtobusda olanlar Göygöl rayonuna istirahətə gəliblərmiş.